Heyranı olduğu müğənniyə bənzəmək üçün gözünə döymə vurdurdu, kor oldu

  • By admin
  • 27 Fevral 2020 21:56
Ağılasığmaz hadisə 25 yaşlı polşalı model Aleksandra Sadoskanın başına gəlib.
Gununsesiaz.info xəbər verir ki, o, hər iki göz qapağına döymə vurdurduqdan bir neçə saat sonra kor olub. Bütün bunları isə pərəstişkarı olduğu reperə görə edib. Reper Popekin göz döymələrini görən Aleksandra məhz ona görə belə bir addım atdığını bildirib.
O, da gözlərinin reperin gözləri kimi olmasını istəyib. Döymə vurdurduqdan sonra evinə qayıdan Aleksandranın gözlərində şiddətli ağrılar başlayıb. Bunu döymə ustasına xəbər verən qıza belə ağrıların normal olduğu deyilib. Bir müddət sonra sağ gözü kor olan qız həkimə müraciət edib. Həkimlər bildiriblər ki, əgər vaxtında müraciət etməsəydin, sol gözün də kor olacaqdı. Hadisəylə bağlı döymə ustası dərhal həbs edilib. Əgər onun günahı sübuta yetirilərsə, ən azı üç il azadlıqdan məhrum ediləcək.
Gununsesiaz.info