“Heç yerə gedəsi deyiləm” - ZİYA MƏMMƏDOVDAN AZƏRBAYCANI TƏRK EDƏCƏYİ XƏBƏRİNƏ REAKSİYA

  • By admin
  • 18 Fevral 2017 00:01

ziya

 

20 ilə yaxın tutduğu nazir postundan sonra Ziya Məmmədovun hansı işlə məşğul olacağı ictimaiyyət üçün maraqlı olaraq qalır. Bəzi iddialarda sabiq nazirin Azərbaycanı tərk edəcəyi də deyilir.

Gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanlayıb.

Saytımıza açıqlamasında Ziya Məmmədov hazırda evində olduğunu, istirahət etdiyini deyib: “Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.

“Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə  sabiq nazir belə cavab verib: “Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”.

Gununsesi.info