“Heç olmasa televiziyaların birində bu cür sənətkarlarımızı yad etsinlər…” - ARİF QULİYEV

  • By admin
  • 29 İyun 2020 22:39
O, çox istedadlı aktyor idi. “Planet Parni iz Baku” onun əlavə iş yeri idi, amma onun əsas işi Azərbaycan Dövlət Musiqili Teatrı idi və orada otuz il işləyib”
Gununsesi.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyev mərhum aktyor Elçin Həmidov haqda danışarkən deyib:
“Elçin Həmidovla yaxın münasibətlərimiz olub. Onu səmimi  insan kimi tanımışam, bir çox tamaşalarda oynamışıq. O, çox istedadlı aktyor idi. “Planet Parni iz Baku” onun əlavə iş yeri idi, amma onun əsas işi Azərbaycan Dövlət Musiqili Teatrı idi və orada otuz il işləyib. Bütün kollektiv onun əməyini yüksək qiymətləndirirdi. Heç bir dedi-qoduya qarışmazdı, kiməsə pislik etməzdi və ancaq ona tapşırılan obrazları ürəkdən yaradardı. Elçin Həmidov bir ictimai xadim idi, amma çox təəssüf ki, o, aramızdan tez köçdü. Ömür imkan vermədi ki, o, öz yaradıcılığını davam etdirsin. Elçinin yoxluğuyla biz yaxşı bir dostumuzu, insanı, gələcəyi daha parlaq olan sənətkarı itirdik. Allah ona rəhmət eləsin. Heç olmazsa televiziyaların birində bu cür sənətkarlarımızı yad etsinlər. Amma indi bunu edən yoxdur”.
Qeyd edək ki, bu gün tanınmış aktyor Elçin Həmidovun doğum günüdür.
Gununsesi.org