“Heç bir ölkədə buna bənzər silah yoxdur” - PUTİN

  • By admin
  • 17 May 2020 09:54
Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mayın 16-da “Moskva. Kreml. Putin” proqramına verdiyi müsahibədə fundamental elmin əhəmiyyətindən danışarkən Rusiyanın çox nadir güclü silaha malik olduğunu və dünyanın heç bir ölkəsində buna bənzər silahın olmadığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, ölkədə əsas elm, elmi məktəblər və mühəndis kadrları olmasa, müasir silah növləri olmayacaqdır. “Bu, tamamilə açıq bir həqiqətdir” – Putin deyib.
Mətbuat xatırladır ki, fevralın 23-də Rusiya lideri daxili ordunun və donanmanın lazer silahları da daxil olmaqla ən yeni silahlarla təmin olunacağına əmin olduğunu bildirmişdi.
Qeyd edək ki, Rusiyada bu günlər koronavirusa yoluxanların və ölənlərin sayı xeyli artıb. Neftin qiymətinin kəskin düşməsi isə iqtisadiyyatda ciddi problemlər yaradıb.
Gununsesi.org