Hazırladığı raketlə atmosferə uçan adam metrlərlə yüksəklikdən yıxıldı

  • By admin
  • 24 Fevral 2020 21:31
Dünyanın düz olduğuna inanan və bunu sübut etmək üçün daha əvvəl də hazırladığı raketlə özünü atmosferə atmaq istəyən “çılğın” ləqəbli Mayk Hughes bənzər bir cəhd nəticəsində həyatını itirib.
Gununsesiaz.info xəbər verir ki, 64 yaşlı adam ABŞ-ın Kaliforniya əyalətində evdə hazırlanan və  buxarla çalışan raketi ilə özünü havaya uçurub, ancaq bir neçə metr hündürlükdən yerə yıxılıb.
Qeyd edək ki, Hughes raketi ilə birlikdə yer kürəsindən 1.5 km uzaqlaşmağı qarşısına məqsəd qoymuşdu.
Gununsesiaz.info