Hansı xəstəxanalarda çalışan həkimlərin koronavirusa yoluxduğu bilindi

  • By admin
  • 09 İyun 2020 23:50
“Koronavirusa yoluxanlar arasında həkimlərimiz də var. Xəstələri süni tənəffüsə qoşmaq çətin prosesdir. Bu zaman xəstələrdən ətrafa aerozol formasında virus yayılır və həkimlərimiz yoluxur”.
Gununsesi.org-un Oxu.Az-a istinadla məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Tibb Universitetinin Tədris-terapevtik korpusunda çalışan həkim, həmçinin, Ağciyər Xəstəlikləri  İnstitutunda çalışan həkimlərdən koronavirusa yoluxanlar var”.
“Həkimlərin ailə üzvlərindən də yoluxanlar olub. Tibb işçilərinin arasında xəstəlik ağır keçir. Çünki onların xəstələrin arasında olması yüksək dozada virusun qəbul olmasına şərait yaradır”, – deyə, R.Bayramlı əlavə edib.
Gununsesi.org