“Hakim partiya 15 saat əvvəl qalib gəldiyini desə də, hələ də nəticələr açıqlanmır” - ASLAN İSMAYILOV

  • By admin
  • 09 Oktyabr 2016 13:27

Aslan-Ismayilov

“Bu dəqiqələr sandıqların 67 %-i açılıb, Gürcü Arzusu (B.İvanişvili) 49,7% səs yığıb, VMH 26,7% (M.Saakaşvili). Hakimiyyət inzibati resurslardan mümkün olan qədər istifadə edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə əslən Gürcüstandan olan tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” statusunda yazıb.

“Bununla belə nəzərə alsaq ki, mojaritar dairələrdə VMH üstündür, M.Saakaşvilinin koalisiya ilə hakimiyyət qurmaq şansı var. Hakimiyyət partiyası 15 saat əvvəl qalib gəldiyini elan etsə də, hələ də nəticələr açıqlanmır”-deyə, o, sonra yazıb.

Gununsesi.info