Hakimiyyətlə Müsavatın dialoqu baş tutdu - NOVELLA CƏFƏROĞLU

  • By admin
  • 10 May 2020 14:38

Müsavat Partiyasının üzvləri Prezident Admnistrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə İş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Gununsesi.org bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəcisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, görüşdə Müsavat Partiyasının üzvləri, tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, o cümlədən tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı iştirak edib:

“Sözsüz ki, Müsavat Partiyası siyasi partiyalarla bağlı müzakirə aparılan bir görüşdən kənarda qala bilməz. Söhbət olub. Hər şey bizim rəhbərlikdən asılıdır, biz Müsavat Partiyasının sadə üzvləriyik. Çox istəyərdim ki, bu dialoq olsun”.

Novella Cəfəroğlu qeyd edib ki, Müsavat Partiyası öz adı ilə yuxarıdadır:

“Müsavat heç vaxt kənarda qalmayacaq. Müsavat öz adı ilə yuxarıdadır. Çox istəyirəm ki, bu dialoq alınsın”.

 

Gununsesi.org