Hakim atılan qolları və penaltiləri hesaba almadı və dəli…

  • By admin
  • 08 Fevral 2020 13:30

Brazilya çempionatının sonuncu tur çərçivəsində keçirilən Sao Paulo-Novorizontino matçında qalmaqal yaşanıb.

Gununsesi.org xəbər verir ki, ev sahiblərinin iki qolunu, iki penaltisini saymayan hakimin qərarları çaxnaşma yaradıb. Bunun nəticəsində mətbuatda, sosial şəbəkələrdə dəli damğası vurulan baş hakim Flavio Roberto Mineiro və köməkçi hakimlər Brazilya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Onlar psixoloq müayinəsinə göndəriliblər. Federasiya bundan sonra bütün hakimlərin psixoloq müayinəsindən keçirilməyini tapşırıb.

Gununsesi.org