Hakan Şükürün atasının var-dövləti yenə girov götürüldü

  • By admin
  • 09 Noyabr 2019 22:17

Keçmiş futbolçu və millət vəkili, fərari Hakan Şükürün atası Selmet Şükürün var-dövlətinə girov qoyulub.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Selmet Şükürün var-dövlətinə artıq ikinci dəfədir ki, girov qoyulub.

FETÖ-çülükdə ititham olunan futbolçunun atası 2016-cı ildə həbs edilib. Elə həmin ilin noyabrında səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılıb. Növbəti məhkəmə gələn ay baş tutacaq.

“Silahlı terror təşkilatına üzv olmaq” itithamı ilə Şükürün 7,5 ildən 15 ilədək həbsi istənilir.

 

Gununsesi.or