Hacı Cavad məscidi ətrafında yaranan söz-söhbət parlamentdə gərginliyə səsəb oldu

  • By admin
  • 14 Aprel 2017 14:18
1491985295_qaynarimage289783
“Son günlər Yasamaldakı Hacı Cavad məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə  gəldi. Sonra məlum oldu ki, məscid hüquqi  şəxs kimi qeydiyyatdan keçməyib”.
Gununsesi.info xəbər verir ki bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən pleanr iclasında deyib. Onun sözlərinə görə,   elə vəziyyət yaratmağa çalışdılar ki, guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma prezident tapşırıq verib ki,  məscid üçün daha yaxşı yer seçilsin.
Deputat həmçinin jurnalistlə Yasamal Rayon  İcra Hakimiyyəti başçısı arasında yaranan mübahisəyə də münasibət bildirib: “ İcra başçısı jurnalistə  deyir ki, məsələyə aydınlıq gətirilsin məlumat veriləcək. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videonu biz də izlədik, orada icra başçısı jurnalistə sillə vurmur. Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.
Millət vəkiili Qüdrət Həsənquliyev isə bildirib ki,  məscidə toplaşan adamları araşdırsaq görərik ki, onlar bu  və ya digər ölkənin xüsusi xidmət orqanlarına işləyən adamlardır.
“Biz imkan verməməliyik ki,  məscdilərimzi casus yuvasına çevirsinlər”- deyə. Q. Həsənquliyev bildirib.
Q. Həsənquliyev əlavə edib ki, Azərbaycan  xalqının  bu hökumətin ən çox bəyəndiyi qərarlarından biri  “Sovetski”-nin sökülməsi olub: “Hamımız bilirik ki, orada vəziyyət necə idi. Antisanitariya”.
Millət vəkili onu da  bildirib ki, elə vaxtı ilə Nardaranda baş verən hadisələr də  bu qəbildən olan hadisələr idi:
“Nardaranda müəyyən adamlar  hökuməti şantaj etməklə, Azərbaycana müttəfiq ölkələrin bayaraqlarını yandırırdılar Hər cür addım atırdırlar. Hər dəfə hökumət bir addım atmaq istəyəndə deyirdilər ki, bu dindaralara  qarşıdır.  Və hökumət də hər dəfə bir addım geri atırdı. Sonda nəticəsi  daha qanlı hadisələrə gətirib çıxardı. Ona görə də dövlət 5-6 nəfər xarici ölkələrin  xüsusi xidmət orqanlarına işləyən adamların qarşısından qaçmamalıdır. Əgər ibadət etmək istəyirlərsə, Bakıda yetərincə geniş imkanalara malik olan məscidlər var və orada ibadət edə bilərlər. Elə “Təzə pir” mcscidi həmən deyilən məsciddən cəmi yüz metr aralıdadır. Gedib orada namaz qılsınlar”- deyə, o bildirdi.
Bu anda millət vəkilinin sözünü kəsən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirdi ki, məslə ölkə başçısının nəzarəti altındadır. “Komissiya araşdıracaq  və məsələ həllini tapacaq”.
Q.Həsənquliyev isə bidlridi ki, bu ciddi məsələdir, bu məsələ burada deyil, bəs harada müzakirə olunmalıdır.
Mürtəza
Gununsesi.info