Həyat yoldaşından Rüştünün səhhəti ilə bağlı AÇIQLAMA

  • By admin
  • 02 Aprel 2020 17:12

Koronavirus infeksiyasına yoluxan Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Recberin xanımı Işıl Reçber həyat yoldaşının səhhəti haqqında məlumat verib.

Gununsesi.org bildirir ki, “Hürriyet” xəbər verir ki, Işıl Reçber tanınmış futbolçunun hazırda həkimlərin ciddi nəzarəti altında olduğunu bildirib:

“Rüştünün müalicəsi davam edir. Hərarəti nəzarət altına alınıb. Yoldaşım virusa bir anda yoluxdu. Virus birbaşa ağciyərə keçib. Tənəffüs çatışmazlığı olduğu üçün həkimlər dərhal müdaxilə etdi. Hazırda o, reanimasiyadadır”.

Gununsesi.org