Həyat yoldaşından Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

  • By admin
  • 17 İyun 2020 10:12

“Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir”.

Gununsesi.org bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O, aktyorun sağlamlıq vəziyyəti ilə bağlı heç bir irəliləyişin olmadığını bildirib. 

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Gununsesi.org