Hərəkət etmək icazəsi artıq fermerlərə aid edilmir

  • By admin
  • 06 Aprel 2020 12:44

Nazirlər Kabineti rəsmi vəsiqə və ya iş yerindən arayış ilə hərəkət etmək icazəsi olan şəxslərin siyahısında dəyişiklik edib. Siyahıya kənd təsərrüfatı və yardımçı fəaliyyət sahələri ilə məşğul olan şəxslər daxil edilib.

Aprelin 4-də təsdiqlənən təlimata əsasən, xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslər, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslər icazəli qaydada olduğu yeri tərk edə bilər.

Gununsesi.org