Həmsdərlər Azərbaycan prezidentinin təklifini alqışlayır.

  • By admin
  • 22 Oktyabr 2016 11:44
hemsedir 
Həmsədrlər Azərbaycan prezidentinin Dağlıq Qarabağın statusu ilə bağlı irəli sürdüyü təklifi alqışlayır.
Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Bakıda jurnalistlərə açıqlamasında deyib.
Ameriaklı diplomar deyib ki,  Azərbaycan prezidenti İlham Əliyevin iki ölkə arasındakı münaqişəsinin davamalı və sülh yolu ilə həlli ilə bağlı  Dağlıq Qarabağın gələcək statusu ilə bağlı irəli sürdüyü təklif ATƏT Minsk Qrupu həmsədrləri  tərəfindən müsbət qarşılanıb və alqışlanıb. “Hesab edir ki, belə təkliflər münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verə bilər”.
Diplomat deyib ki, artıq sülh zamanı yetişib: “Sülh bu gün olmayacaqsa, nə zaman olcaq? Biz istəyirik ki, Azərbaycan və Ermənistan xalqı qonşuluq və sülh şəraitində yaşasın. Bunun üçün münaqişə tezliklə həll olunmalıdır. Arttıq sülhün vaxtı çatıb”.
Amerikalı diplomat əlavə edib ki, ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı  və effektli danışıqlar  prosesini davam etdirmək istiqamətində fəaliyyət göstərir.
Mürtəza
Gununsesi.info