“Həmişəcavan” 41 yaşlı qadın gənc qalmasının sirrini açıqladı - FOTOLAR

  • By admin
  • 27 Fevral 2020 11:45

Məşhur tayvanlı bloqer Emi San Yunyun 41 yaşından daha gənc görünməsinin səbəbini açıqlayıb.

Gununsesi.org bildirir ki, “Daily Mail”in yaydığı xəbərə görə, görənlər Yunyunu 20 yaşlı qızının bacısı hesab edirlər.

O, xarici görkəminin cavan görünməsinin əsas səbəbini gündəlik dərisinə etdiyi qulluqla əlaqələndirir.

Yunyunun dediyinə görə, o, bədəninə gündə bir neçə dəfə nəmləndirici krem çəkir.

Bu zaman boyun nahiyəsinə xüsusi diqqət etmək lazımdır, çünki məhz bu hissə insanın yaşını müəyyən etməyə imkan verir.

Bundan əlavə, bloqer tərəvəzləri qida rasionuna əlavə etməklə ciddi olmayan pəhriz saxlayır. O, C vitaminini təmin etmək üçün hər gün alma suyu içir.

Hər gün səhər idmanı edən Yunyun bununla yanaşı, həftədə iki dəfə də idman zalına gedir.

O, gündəlik nəzarət etdiyi çəkisinin artdığı vaxt qida qəbul etməyi azaldır.

Gununsesi.org