Hələbdə suriyalı jurnalistlərə atəş açıldı

  • By admin
  • 12 Fevral 2020 19:11

Suriyanın “Akhbar” telekanalının çəkiliş qurupu Hələb şəhərində çəkiliş zamanı atəşə məruz qalıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, jurnalistlər döyüşçülərin atəşi nəticəsində yaralanıblar. Ölən şəxslərin olub-olmaması dəqiqləşdirilir.

Bundan başqa, “SANA” dövlət agentliyi də əməkdaşlarının Hələbdə yaralanması haqda məlumat yayıb.

 

Gununsesi.org