“Həkimlərimizin fədakar əməyinə qiymət verək” - XALQ ARTİSTİ / VİDEO

  • By admin
  • 30 İyun 2020 14:56

“Maska geyinək, əlcək taxaq, məsafə qoruyaq. Həkimlərimizin fədakar əməyinə qiymət verək”.

Gununsesi.org xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev yaydığı videomüraciətində deyib.

O qeyd edib ki, ölkə başçısı və Birinci vitse-prezident hər bir görüşdə maska və əlcəklə qatılır:

“Gəlin, bu şəxsi gözəl nümunəyə bizdə hay verək. Gəlin bir-birimizi qoruyaq. Görün, neçə evin çırağı söndü? Azərbaycan odlar yurdudur. Burda hər bir ocaq, hər bir ocağın çırağı gur yanmalıdır.

Cənab prezident, Mehriban xanım xalqımız naminə xəstəliklərin, ölümlərin, yoluxmaların sayının artmaması üçün etdiyiniz o böyük əməyi hamı kimi, mən də çox yüksək qiymətləndirirəm. Bir olaq, yumruq olaq, güclü olaq. Çünki biz birlikdə güclüyük”.

Gununsesi.org