Həkim telefonla doğuşa kömək etdi

  • By admin
  • 11 Mart 2020 16:14

Rusiyanın Surqut şəhərində həkim telefon vasitəsilə doğuş prosesinə kömək edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Surqut şəhər Təcili Tibbi Yardım Xəstəxanasına hamilə qadının əri zəng edib.

O, artıq arvadının doğumunun yaxınlaşdığını və tezliklə tibbi yardım göndərilməsini istəyib.

Təcili yardım maşınının vaxtında yetişə bilməyəcəyinə görə həkim onlayn formada doğuşa nəzarət edib.

Ata həkimin telefon vasitəsilə verdiyi məsləhətlə uşağın doğulması prosesini uğurla başa çatdırıb.

“Bir oğlan uşağı dünyaya gəldi. Təcili yardım tarixində onlayn formada doğuşun qəbul edilməsi ilk dəfə baş verir”, – deyə Səhiyyə Şöbəsindən bildirilib.

Uşaq doğulandan sonra gələn tibb işçiləri ana və yeni doğulmuş övladını xəstəxanaya aparıblar. Onların vəziyyətinin normal olduğu bildirilir.

Doğuş prosesi zamanı atanın sərt emosiyası, qışqırması, qorxusu həkimin işini çətinləşdirsə də, həkim bunun öhdəsindən gələ bilib.

Gununsesi.org