Hədəfi 640 km uzaqlıqda məhv edən ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!

  • By admin
  • 13 Fevral 2020 18:14

Rusiya istehsal etdiyi və yaxın gələcəkdə rus odusunun istifadəsinə verəcəyi S-500 raketləri, bu raketlərin dağıdıcı gücü haqqında yeni məlumatlar yayıb.

 Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, S-500 raketlərinn bəzi özəllikləri haqqında yayılan məlumat dünyanın ən güclü dövlətlərinin belə bu raketlər qarşısında aciz qaldığını göstərib.

Doğrulanmış məlumata görə, S-500 raketləri təyyarə, ballistik raket və istənilən növ uçan obyekti fantastik dərəcədə uzaqlıqdan – 640 kilometrlik məsafədə məhv etmək imkanına malikdir. Bundan başqa, bir S-500 kompleksi saniyədə 7 km sürətlə uçan 10 ballistik raketi eyni anda aşkar və məhv edə bilər.

 S-500-lərin Amerika “Patriot”larından daha bir üstünlüyü isə onun iki fərqli sistemi özündə birləşdirməsi ilə bağlıdır. Belə ki, “Patriot” raketləri yalnız böyük yüksəkliklər üçün nəzərdə tutulduğu üçün aşağı hündürlükdən uçan raketləri əksər hallarda müəyyən edə bilmir. Bunun üçün də ballistik raketlər üçün ayrıca THAAD raketdən müdafiə kompleksindən istifadə olunur.

S-500-lər isə uçuş hündürlüyündən asılı olmayaraq, hər cür raket və təyyarəni aşkarlamaq imkanına malikdir.

 Rus hərbi mənbələrindən verilən məlumata görə, Rusiya ordusunun istifadəsinə veriləcək ilk S-500 alayı Moskva və onun ətrafının müdafiəsinə cəlb ediləcək.

Gununsesi.org