Həbs edilən icra başçısı bu məmurların qohumdur

  • By admin
  • 22 Fevral 2020 10:40

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyevin hökumət qurumlarında çoxsaylı qohumları çalışır.

Gununsesiaz.info-nun araşıdırması zamanı bəlli olub ki, İsmayıl Vəliyev Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun yaxın qohumudur. Həmçinin araşdırmamız zamanı onu da öyrəndik ki, İsmayıl Vəliyevin həyat yoldaşı Xızı rayonunun icra başçısı Xəzər Aslanovun bacısıdır. İsmayıl Vəliyevin yaxınlarının övladlarının hüquq-mühafizə orqanlarında çalışması barədə də məlumatlar var.

 

Gununsesiaz.info