“Həbs edilən icra başçıları YAP-dan çıxarılıb” – Millət vəkili

  • By admin
  • 06 May 2020 18:57

“Barələrində həbs-qətimkan tədbiri seçilmiş icra başçıları vəzifədən azad edildikləri kimi, Yeni Azərbaycan Partiyasının sıralarından da çıxarılıblar”.

Gununsesi.org xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

“Onlara qarşı irəli sürülmüş ittihamlar onu göstərir ki, həmin şəxsləri məhkəmə gözləyir. Bir mənalı olaraq cinayət məsuliyyətinə cəlb edilən şəxslər Yeni Azərbaycan Partiyasının sıralarından azad olunurlar. Partiya dərhal onlarla yolunu ayırır” – deyə Aydın Mirzəzadə qeyd edib.

Aydın Mirzəzadə onu da əlavə edib ki, işdən çıxarılan icra başçıları isə YAP sıralarından uzaqlaşdırılmır: “Bunu bir-birindən ayırmaq lazımdır. Sadəcə, cinayət məsuliyyətinə cəlb edilənlər YAP sıralarından çıxarılır. Vəzifədən çıxarılan, vəzifəsi dəyişənlər partiyadan çıxarılmır”.

Xatırladaq ki, bu günə qədər həbs edilən icra başçılarının hamısı Yeni Azərbaycan Partiyasının üzvləri idi.

Gununsesi.org