Gürcüstanla Azərbaycan arasında 13 ərazisi hələ də razılaşdırılmayıb - XƏLƏF XƏLƏFOV

  • By admin
  • 13 İyun 2019 10:25

Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyası ilə bağlı həm səirliklər, həm də hökumətlərin xüsusi nümayəndələri səviyyəsində əlaqələr davam etdirilir. Qarşılıqlı razılaşmaya əsasən bu həftə ekspertlər razılaşdırılmamış ərazilərə baş çəkəcəklər, bundan sonra Tbilisidə ikitərəfli delimitasiya komissiyasının növbəti iclasının tarixi müəyyən ediləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Çox güman ki, iclas iyul-avqust aylarında keçiriləcək, deyə o bildirib.

“Amerikanın Səsi”nin Azərbaycan xidmətinə müsahibəsində o qeyd edib ki, sərhədin 13 ərazisi hələ də razılaşdırılmayıb.

“Keşikçidağ” / “David Qareci” monastır kompleksi də onlardan biridir.

Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında həmişə sərhəd olub. Sovet dövründə inzibati sərhəd var idi. SSRİ dağıldıqdan sonra sərhəd başqa status aldı və indi mövcud sərhədi müəyyən edən sənəd imzalanmalıdır.

Bundan başqa, iyunun 19-20-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədin demarkasiyası üzrə komissyanın iclası keçiriləcək.

Demarkasiya uzun prosesdir. Danışıqlar davam edir və hər dəfə müəyyən irəliləyiş əldə olunur, deyə o qeyd edib. –