Gürcüstanda toy və yaslara qoyulan məhdudiyyət uzadıldı

  • By admin
  • 12 İyun 2020 13:40

Gürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

O deyib ki, 10 nəfərdən insanın bir yerə toplaşması hallarında cərimələr tətbiq olunacaq: “Bu cür pozuntular aşkar olunarsa, mərasimdə olan fiziki şəxsin hər biri 2 min lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək”.

Parlament üzvü vətəndaşlara müraciət edərək onları iyulun 15-dək heç bir kütləvi tədbir keçirməməyə çağırıb.

 

Gununsesi.org