Gürcüstanda koronavirusdan sağalanların sayı 50 nəfərə çatdı

  • By admin
  • 08 Aprel 2020 21:59

Gürcüstanda koronavirusdan sağalanların sayı artıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə daha iki pasiyent bu xəstəlikdən tam sağalıb. Koronavirusdan müalicə olunan şəxslərin ümumi sayı 50 nəfərə çatıb.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 208 nəfər yoluxub, onların 3-ü ölüb.

 

 

Gununsesi.org