Gürcüstanda koronavirusa yoluxan xəstələrin 80%-i sağalıb

  • By admin
  • 03 İyun 2020 11:17

“Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxduğu təsdiqlənmiş xəstələrin 80%-i sağalıb”.

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya deyib.

Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin sayı 640 nəfərə çatıb ki, bu da ümumi yoluxma hallarının 80%-ni təşkil edir.

Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytına əsasən son sutka ərzində Gürcüstanda daha 4 nəfər COVID-19 virusuna yoluxub. Bununla da ölkə ərazisində virusa yoluxanların sayı 800 nəfərə çatıb.

 

Gununsesi.org