Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

  • By admin
  • 28 Fevral 2020 21:24
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb. 
Gununsesiaz.info xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.
Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: “21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq”.
Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.
Gununsesiaz.info