Gürcüstan XİN Azərbaycanı dəstəklədi, kəskin mövqe: Qondarma “seçkilər”i tanımırıq

  • By admin
  • 01 Aprel 2020 15:42

Gürcüstanın Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı mövqeyini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bəyanatda bildirilir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edir və 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkilərini” tanımır.

Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq beynəlxalq hüquq normal və prinsiplərinə uyğun şəkildə sülh yolu ilə həllini dəstəkləyir”, – deyə Gürcüstan XİN-in 31 mart tarixli bəyanatında bildirilir.

Gununsesi.org