Gürcüstan XİN Azərbaycana təşəkkür etdi

Gürcüstan XİN Azərbaycana təşəkkür etdi

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

Gununsesi.org-un məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.

“Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik”, – paylaşımda bildirilib.

Gununsesi.org

COMMENTS