Gürcüstan Rusiya vətəndaşlarını sərhəddən geri qaytardı

  • By admin
  • 29 Mart 2020 13:10

Ermənistandan Rusiyaya quru yolu ilə qayıtmaq istəyən Rusiya vətəndaşları Gürcüstan sərhədindən geri qaytarılıb.

Gununsesi.org xəbər verir ki bu barədə Rusiyanın Ermənistandakı səfirliyi açıqlama yayıb.

Açıqlamada vətəndaşlara Rusiyaya qayıtmaq üçün hava yolundan istifadə etmələri tövsiyə edilib.

Qeyd edək ki, Gürcüstan hökuməti martın 16-dan etibarən bütün xarici vətəndaşların ölkəyə girişini iki həftə müddətinə dayandırıb.

 

 

Gununsesi.org