Gürcüstan prezidenti koronavirusa görə xarici səfərlərini təxirə saldı

  • By admin
  • 11 Mart 2020 13:49

Gürcüstan prezidenti Salome Zurabişvili koronavirus təhlükəsi səbəbi ilə xarici səfərlərini təxirə salıb.

Gununsesi.org bildirir ki, bu barədə Gürcüstan KİV-ləri Prezident Administrasiyasının saytına istinadən məlumat yayıb.

S.Zurabişvili yaxın vaxtlarda Bolqarıstan, Ukrayna və Belçikaya planlaşdırılan səfərlərini ləğv edib və bu barədə tərəfdaşları məlumatlandıracaq.

Qeyd edək ki, Gürcüstan artıq İran, Çin və İtaliyaya uçuşları dayandırıb.

Bundan əlavə, İran, Çin, İtaliya və Cənubi Koreyadan gələn insanlar üçün ölkədə məcburi karantin tətbiq edilib.

Xatırladaq ki, Gürcüstanda 15 nəfərdə koronavirus infeksiyası qeydə alınıb.

Gununsesi.org