Gürcüstan prezidenti Azərbaycana minnətdarlıq etdi

  • By admin
  • 15 Aprel 2020 12:26

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana təşəkkür edib.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumat siyasətçinin “Twitter” səhifəsində yerləşdirilib.

“Bu gecə Bakıda Heydər Əliyev Mərkəzinin binası Gürcüstan bayrağının rənglərinə boyanıb. Bu dəstək nümayişi üçün təşəkkür edirik. Bu, Azərbaycan xalqının həmrəyliyinin ən yaxşı mesajıdır. Biz birlikdə daha güclüyük!”.

Qeyd edək ki, son məlumatlara əsasən, Gürcüstanda 306 nəfərdə koronavirus aşkar edilib, bunlardan üçü pandemiyanın qurbanı olub.

Gununsesi.org