Gürcüstan koronavirusun yayıldığı İran və İtaliyaya daşımaları dayandırdı

  • By admin
  • 28 Fevral 2020 17:49

Gürcüstandan İran və İtaliyaya yük və sərnişin daşımalarına icazələrin verilməsi dayandırılıb.

Gununsesi.orgun yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Quru Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bu gündən qüvvəyə minən qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qəbul olunub.

Gununsesi.org