Gürcüstanda iki müxalif siyasətçi azadlığa buraxıldı – Prezident onları əfv etdi

  • By admin
  • 16 May 2020 11:39
Gürcüstan prezidenti Salome Zurabişvili əfv sərəncamı imzalayıb.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, sərəncamla müxalif siyasətçilər – Gigi Uqulava və İrakli Okruavşili həbsdən azad olunub.
Dövlət başçısı xüsusi brifinqdə siyasi məhbusları əfv etmədiyini bildirib.
Onun sözlərinə görə, Gürcüstanda siyasi məhbus yoxdur.
Qeyd edək ki, G.Uqulava Tbilisinin sabiq meri, İ.Okruaşvili isə Gürcüstanın keçmiş müdafiə naziridir.

Gununsesi.org