Gürcüstan hökuməti fövqəladə iş rejiminə keçir

  • By admin
  • 12 Mart 2020 12:11

“Gürcüstanın nazirlik və idarələri yeni növ koronavirusun dünyada və respublikada yayılması ilə əlaqədar fövqəladə iş rejiminə keçir”.

Gununsesi.org bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya Nazirlər Kabinetinin iclasında açıqlama verib.

“Bütün dövlət qurumları 24 saatlıq fövqəladə iş rejiminə keçirlər. Bu, xüsusilə Səhiyyə, Daxili İşlər, Təhsil, Ədliyyə, Xarici İşlər, Maliyyə Nazirlikləri və müvafiq idarələrə aiddir”, – deyə nazir bildirib.

O bildirib ki, dünyada koronavirus pandemiyası fonunda Gürcüstan hökumətinin ölkədə xəstəliyin öhdəsindən uğurla gəlməsi arxayınlıq yaratmamalıdır.

Qeyd edək ki, Gürcüstanda 24 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Hazırda 295 nəfər karantində, 49 nəfər isə həkim nəzarəti altında stasionar müalicədədir. Yoluxanlar Gürcüstan vətəndaşlarıdır.

Gununsesi.org