Gürcüstan da İrana gediş-gəlişi məhdudlaşdırdı

  • By admin
  • 23 Fevral 2020 19:21

Gürcüstan hökumətinin qərarı ilə İrana gediş-gəliş məhdudlaşdırılıb.

Gununsesiaz.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub.

Qərara əsasən, hazırkı mərhələdə İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistləri vətənə qaytarılması üçün şərait yaradılacaq.

Gürcüstan hazırda İranla quru sərhədi hərəkət üçün açıq saxlasa da, ciddi məhdudiyyətlər tətbiq olunacaq: “Biz bu istiqamətdə qonşu ölkələrlə fəal iş aparacağıq. Gürcüstan hökuməti hadisələrin inkişafını izləyir, qonşu Azərbaycan və Ermənistanla işi davam etdirir. Gələcəkdə zərurət yaranacağı təqdirdə, quru sərhədi üzrə hərəkəti məhdudlaşdıracağımızı istisna etmirik”.

 

 

Gununsesiaz.info