Gürcüstan Azərbaycandan çay və qənd idxalını artırıb

  • By admin
  • 31 Oktyabr 2019 12:46

Bu ilin doqquz ayı ərzində Gürcüstan Azərbaycandan 3 232,7 min dollar dəyərində 523,8 ton çay idxal edib.

Gununsesi.org xəbər verir ki, bu barərə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan aldığı çay həcm baxımdan 17,8%, dəyər baxımından isə 21,2% çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 8 355,9 min dollar dəyərində 20 046,8 ton qənd və saxaroza idxal edib. Bu qida məhsulunun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 175 dəfədən çox artıb.

 

Gununsesi.org