Günlərini DİN-nin qarşısında keçirən Ana ədalət axtarışında-VİLAYƏT EYVAZOVLA GÖRÜŞƏ BİLSƏM...

Günlərini DİN-nin qarşısında keçirən Ana ədalət axtarışında

vetendash

Vətəndaş polis rəsininin müavinini cinayətdə ittiham edir

 

Bakı sakini Qəribə Məmmədovanı son vaxtlar tez-tez Daxili İşlər Nazirliyinin binasında görmək olar. Məqsədi daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun qəbuluna düşməkdir. Vətəndaş nazir müavininin qəbuluna düşmək üçün  dəfələrlə rəsmi müraciət etsə də, hələ də bu istəyinə nail ola bilməyib. Qəbul şöbəsinin əməkdaşlarının  onun bu istəyinə ciddi-cəhdlə mane olması vətəndaşda təəccüb və şübhələr yaradıb.

Gununsesi.info-ya danışan Q.Məmmədova V.Eyvazovun qəbuluna düşməyinDİN rəhbəri müavininin qəbuluna düşmək istəyini belə izah edir: “Bu ilin aprelin sonlarında günün günorta çağı Səbail Rayon Polis İdarəsinin əməkdaşları evimizə qəflətən hücum etdilər. Əvvəl elə bildim ki, evimizə oğurluğa giriblər. Amma evimizə basqın edənlərin içərisində polis formasında olan şəxsləri görəndə şoka düşdüm. Fikirləşdim ki, əgər nəsə lazımdırsa, bunlar nə üçün evin qapısını qoyub, balkondan daxil olurlar? Heç ağlıma belə gəlməzdi ki, əsl oğrulardan bunlar betər olacaq.  Onlar evə girib həmin vaxt soyuqdəymədən xəstələnən oğlumu döyə-döyə, təhqir edərək qonşuların gözü qabağında aparacaqlar. İnanın, bəlkə heç ağır cinayətkara qarşı onlar oğlumla davrandıqları kimi davranmayıblar. Heç ağlıma gəlməzdi ki, 8-ci polis bölməsinə aparılan oğluma Səbail RPİ-nin rəis müavini Füzuli Hümbətovun sifarişi ilə işgəncə verərəcək, üstünə 151 qrqm narkotik qoyacaqlar. Sonra da oğlumu guya küçədə saxladıqları kimi sənədləşdirəcək, işgəncələr altında ona istədikləri izahata imza atdıracaqlar. Onu gözlərim qarşısında elə döyürdülərsə, görun, polis şöbəsində necə işgəncə veriblər”

Bu sözləri söyləyən ananın gözlərində qeyri-ixtiyari yaş axmağa başladı. Əl çantasında gəzdirdiyi sudan bir-iki uddum içdikdən sonra yenidən sözünə davam etdi: “Oğluma 8-ci Polis Bölməsində deyiblər  ki, ya narkotikin sənin cibindən çıxmağını təsdqiləməlisən, ya da səni cinayətkar aləmlə əlaqələndirəcək, “Bulaq” kafesində baş verən hadisələrlə bağlı olduğunu boynuna qoyacağıq.  Oğlumu bu cür bədbəxt edərək içəri atıblar.  F.Hümbətov tərəfindən sonra da rəhbərliyə yalandan məlumat veriblər ki, guya qatı cinayətkarı, cinayətkar aləmlə əlaqəsi olan şəxsi saxlayıblar. Bu necə qatı cinayətkardır ki, üstündən silah yox¸ narkotik çıxartmısınız? Allahınızı unudaraq, siqaret çəkməyən bir insanın üstünə narkotik qoyursunuz. Amma müstəntiqiniz mənim oğlumun hansı sifətdə olduğunu görməyib. Tez-tələsik özünüzün etdiyiniz qanunsuzluqları və cinayəti ört-basdır etməyə çalışır, oğlum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 maddəsi ilə açdırdığınız cinayət işini bağlamağa çalışırsınız.Siz bir ailənin həyatını məhv etdiyinizin fərqindəsinizmi?”-deyən ana II qrup əlil, onkoloji xəstə həyat yoldaşı ilə üzləşdiyi haqsızlıq və ədalətsizliklə bağlı döymədiyi qapının qalmadığını bildirir.                                     “F.Hümbətovun öyrətməsi ilə oğlumun işinə baxan ilk müstəntiq Hənifə Bayramzadə bizə oğlumun həbs sifarişin guya Vilayət Eyvazovdan gəldiyini dedi. Sonra Bakı Şəhər prokurorluğunda da bu fikir səsləndi. Elə bizim Vilayət müəllimin qəbuluna düşməyimizə can atmağımızın səbəbi də məhz bundan qaynaqlanır. Mən hesab edirəm ki, bunlar cinayət əməllərini ört-basdır etmək üçün öz nazir müavinlərinin adından istifadədən belə çəkinmirlər.  Saytımız vasitəsi ilə xahiş edir ki, V.Eyvazov onu bir ana kimi qəbul etsin və dinləsin. Ona deyəcək və hələ mətbuata açıqlamadığı çox sözü var.”

Q.Məmmədova onu da qeyd edir ki, oğlunu zorakılıqla evdən apardıqları ilə bağlı əlində sübutları var. Müəyyən təziyqlərlə üzləşəcəklərindən ehtiyat etdiklərindən indiyədək ictimailəşdirməyib. İstintaqın gedişində yenilik olmasa, artıq əlindəki faktları  mətbuata işıqlandırmalı olacaq.

Q.Məmmədova diqqətimizi bir məqama da çəkdi: “Siz də fikirləşin, tutaq ki, oğlumun cibindən 151 qrqm narkotik çıxıb. Çıxıbsa, mənbəyini niyə axtarıb tapmırlar? Yaxşı, bunlar narkotik vasitələrə qarşı necə mübarizə aparırlar? Mənim kimi bir kimsəsizin, yazığın uşağını şərləyərək içəri atmaqla işinizi bitmiş hesab edirsiniz?  Burada qanunlarımız, beynəlxalq qanunlar kobud surətdə pozulub. Elə təkcə buradan görünür ki, kimlərsə rütubələrini artırmaq, rəhbərlərinin gözlərində özlərinin yaxşı polis imicini yaratmaq üçün bu şərəfli peşəyə yaraşmayan hərəkətlərdən istifadə ediblər. Artıq dərəcədə xahiş edirəm ki, Vilayət müəllim məni qəbul etsin və dinləsin, görsün ki, yerlərdə özlərini peşəkar polis əməkdaşı kimi göstərən əməkdaşları onları necə aldadırlar?”

Sonda həmsöhbətimiz bildirib ki, əgər oğlunun işində nəzərəçarpacaq irəliləyiş olmasa, II qrup əlil həyat yoldaşı ilə birgə nazirliyin önündə oturaq aclıq aksiyasına başlayacaq.

Elmar

 

COMMENTS