“Gündə 50 qram için” – Prezident Lukaşenkodan məmurlarına məsləhət – VİDEO

  • By admin
  • 20 Mart 2020 14:57

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusdan qorunmağın yolları ilə bağlı məsələhət verib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Belarus rəhbəri yerli icra rəhbərləri ilə görüşündə araq, sauna və tarla işlərinin virusdan qoruduğunu deyib:

“Mən içən adam deyiləm. Ancaq son zamanlar, zarafatla deyirəm ki, araqla yalnız əllərinizi yumayın, gündə 40-50 qram ondan için. Təmiz spirt virusu öldürür”.

 Lukaşenko eyni zamanda, bunu iş vaxtında etməməyi məsləhət görüb.

Bundan başqa, o, məmurlara saunaya getməyi məsləhət görüb:

“Saunaya gedin. Həftədə 2-3 dəfə faydalıdır. Çinlilər bizə dedi ki, bu virus 60 dərəcə temperaturda məhv olur”.

Belarus Prezidenti üçüncü məsləhət kimi tarlada işləməyi deyib:

“Televizora baxırsan: traktorla işləyən insanların heç biri virusdan danışmır. Traktor hər kəsi sağaldır. Tarlalar hamıya şəfa verir”.

 

 

Gununsesi.org