Günayın keçmiş ərindən şok açıqlama: “Məni öldürtmək üçün adam tutmuşdu”

  • By admin
  • 16 May 2019 15:35

Hazırda ABŞ-da yaşayan aktyor Tolqa Karel keçmiş həyat yoldaşı Günay Musayevanın səsləndirdiyi iddialara cavab verib.

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor məşhur model haqqında şok yaradacaq açıqlamalar verib.

O, “İkinci sayfa” verilişinə açıqlamasında  Günayın onu öldürtmək istədiyini iddia edib: “Günayın məni öldürtmək üçün adam tutduğunu, həmin insanın həbs olunduğunu bilirsinizmi? Kirayə verdiyim evimdə qalan kirayəşinlərin zəng edib, “Tolqa bəy, evdən cadu tapdıq” deməsindən xəbəriniz var?  Günay boşanma qarşılığında Türkiyə vətəndaşı olmağı qarşıma şərt qoydu. Buna görə 1 il artıq evli qaldıq”.

Tolqa oğlu ilə görüşməməsinə belə haqq qazandırıb: “Müqəddəs ayda Rəbbimə dua edirəm ki, belə bir qadından məni xilas etdi. O mənim üçün öldü. Oğlum mənim oğlumdur, amma o böyüyüb həqiqəti biləndə onun yanında bir dəqiqə qalmayacaq. Cihangirin vaxtı gələndə doğru yolu görəcəyinə əminəm. O günə qədər səbirli olacağam”.

Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Karelin övladını görmədiyini bildirib.

Onun “Atalar günündə oğlumu məktəbə göndərmirəm” sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Sosial şəbəkə izləyiciləri  Kareli tənqid edib.