Günay İbrahimlidən etiraf: “Sevgililər günü”nü bilmirəm necə keçirəcəyəm” - FOTOLAR

  • By admin
  • 14 Fevral 2020 11:04

“Nə rahatdırsa, onu da geyinirəm. Açıq-saçıq geyinmirəm. Çünki insanlar daha qapalı obrazımı sevir və bəyənir”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

O, açıq-saçıq geyinən həmkarlarını tənqid edib:

“İndi açıq-saçıq geyinmək dəbdə deyil. İnsan özünə yaraşanı geyinməlidir. Qadın qapalı geyinirsə, kübar və cazibədar görünür. Diqqət cəlb edir. Maraqlanırlar ki, bu, niyə belə qapalıdır?”

“14 fevral – Sevgililər günündə sevdiyiniz şəxsdən hansı hadiyyəni gözləyirsiniz?” sualına G.İbrahimli cavabı ilə gah nala, gah da mıxa vurub və mövzunu başqa istiqamətə yönəldib:

“Sevgililər gününü heç bilmirəm necə keçirəcəyəm. Hələ də qərar verməmişəm. Hədiyyə təbii ki, gözləyirəm. Ad günümdə sevdiyim şəxsdən hədiyyə almışam. Amma bu çox özəldir. Hədiyyəni açıqlaya bilməyəcəyəm. 10 fevral, 14 fevral, 8 mart dalbadal onsuz da bayramımdır (gülür).

23 fevral günü də kişilərin bayramıdır. Həmin gün çox insana hədiyyə almışam. Düşünürəm ki, hədiyyənin zamanı olmur. Əgər içindən gəlirsə, hər zaman hədiyyə etmək olar. Kişiyə ən çox saat, ətir, geyim, eynək hədiyyə etməyi sevirəm. Amma düşünürəm ki, kişi qadına hədiyyə verməlidir, qadın kişiyə yox”.

Şou əhli arasında qalmaqallı hədiyyə mövzusuna isə Günay belə reaksiya verib:

“Mənim üçün hədiyyənin fərqi yoxdur. Dostlarım mənə hədiyyə alanda fikrimi mütləq soruşurlar. Amma çox zaman deyirəm ki, əziyyət çəkməyin. Yerinizi söyləyin, gəlim öz zövqümlə seçim, bəyənim, siz də onu mənə alın.

Əslində, bu yaxşıdır. Çünki elə hədiyyə alarlar ki, istifadə etmərəm. Ataram bir kənara. Bu isə dostlarıma qarşı hörmətsizlik olar. Belə olmasını istəmirəm. Ucuz bir hədiyyə də ola bilər, amma mənim üçün dəyərli olar. Baxır o hədiyyəni sənə kim edir”.

Gununsesi.org