Günay Bəylərqızı “O səs Türkiyə”də mərhələ adladı – Video

  • By admin
  • 29 Yanvar 2020 15:48

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı müsabiqəsində ikinci turuna start verilib. 

Gununsesi.org xəbər verir ki, mərhələ adlayanlar arasında Azərbaycanlı iştirakçı Günay Bəylərqızı da olub.

Murat Bozun komandasında yer alan həmyerlimiz “Saçlarını yol getir” mahnısını ifa edib.

Qeyd edək ki, ötən il yarışmaya qatılan Günay “Saçlarını yol gətir” adlı türkünü oxuyaraq münsiflər heyətini valeh etmişdi. Onun çıxışına münsiflərin hamısı dönsə də, Bəylərqızının seçimi Murat Boz olmuşdu.

Gununsesi.org