Gülləkeçirməz smartfon istehsal edilib

  • By admin
  • 18 İyul 2016 16:40

smartfon

 

Çinin “Leagoo” şirkəti maksimum dözümlüyə malik “Leagoo M5” smartfon modelini təqdim edib.

Gununsesi.info “ictnews.az” saytına istinadla xəbər verir ki, əsas yenilik korpusu bütöv metal çərçivədən ibarət qurğunun sensorlu displeyi güclü mexaniki ağırlıqlardan sonra salamat qalmasında və işləməyə davam etməsindədir. Aparat istehsalçısı qiyməti 70 dollar təşkil edən “Leagoo M5” displeyini gülləkeçirməz adlandırır. Lakin “YouTube” servisində yayılan videoda qurğunun möhkəmliyi güllə ilə yox, çəkiclə yoxlanılır. Smartfon göründüyü kimi, bu sınaqdan uğurla çıxır. Bundan başqa, “Leagoo M5” mismar vurmaq üçün çəkici əvəz edir, eləcə də üstündən keçən avtomobilin təkərlərinin təzyiqinə dözür.

Smartfonun əsas xarakteristikalarına gəldikdə, 5 düyümlü displeyin təsvir ölçüsü 1280×720 piksel təşkil edir. Həmçinin aparat dördnüvəli “МТ6580А” prosessor, 2 qeqabayt tutumlu operativ yaddaş və 16 qeqabayt quraşdırılmış yaddaşla təchiz edilib. Akkumulyator tutumu 2300 milliamper/saata bərabər “Leagoo M5” “Android 6.0” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Bundan əlavə, qurğu identifikasiya sürəti 0,19 saniyə təşkil edən barmaq izləri skanerinə malikdir.

Gununsesi.info