Gülər Əhmədova ölkəyə döndü -SABİQ DEPUTAT DOĞUM GÜNÜNÜ QEYD EDİR

  • By admin
  • 20 Avqust 2016 23:40

guler

Xəbər verdiyimiz kimi həbsdən çıxdıqdan sonra bir müddət xaricə çıxışına qoyulan qadağanın aradan götürülməsinə nail olan sabiq deputat Gülər Əhmədova Almaniyada müalicəyə gedib. Gununsesi.info-nun məlumatına bir neçə gün Almaniya paytaxtı Berlində müalicə kursu keçən Gülər Əhmədova bu gün ölkəyə qayıdıb.

Həmçinin, bu gün doğmaları arasında doğum gününü qeyd edən sabiq deputat özünün sosial şəbəkədəki səhifəsində onu təbrik edənlərə təşəkkürünü də ifadə edib:

Əziz dostlar, bacılar və qardaşlar! Var olun ki, yaşada bilirsiniz! Var olun ki, Sizlər hər zaman dəstək və ruh verirsiniz, mənim millətim və xalqım ugruna, dövlətciliyimiz ugruna gördüyüm işləri unutmursunuz! Bu dünyadan hələ sag cıxan olmayıb! Kişi kimi yaşasan da öləcəksən, nakişi kimi də. Bütün dünyanın malını da yıgsan, bu dünya ən yaxşı halda sənə 3 metr bez verəcək. Bu gün məni təbrik edənlərin hər birinə mənə arzulafıqlarının 1000 qatını arzu edirəm. Boyük məhəbbət və sevgi ilə…

Gununsesi.info