Gülənçilər XİN-ə də “yerləşdirilib”- Bir neçə səfir geri çağrılacaq

Gülənçilər XİN-ə də “yerləşdirilib”

XIN

Fətullah Gülənin terrorçu şəbəkəsinə bağlı olan şəxs və şəxslərin araşdırılıb üzə çıxarılması, onlar barəsində müvafiq ölçü götürülməsi istiqamətində Azərbaycanda da müəyyən tədbirlər həyata keçirilir.

Gununsesi.info “olaylar”a istinadən xəbər verir ki, bu proses Azərbaycan Xarici İşlər Nazirliyindən də yan keçməyəcək. Məlumatlı mənbənin verdiyi xəbərə görə, yaxın günlərdə Azərbaycan Xarici İşlər Nazirliyində müəyyən post tutan və Gülənə yaxınlığı ilə seçilən diplomatlar barədə ölçü götürüləcək. Məlumatda bildirilir ki, dalğa əsasən Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə səfirini vuracaq. Belə ki, həmin diplomatların istər səfir təyin olunmadan əvvəl, istərsə də diplomat kimi fəaliyyət göstərdiyi dövrdə Gülən şəbəkəsi ilə yaxından əməkdaşlıq etdiyi bildirilir. Bu səbəbdən bir neçə səfirin bu günlərdə geri çağrılacağı istisna edilmir.

Gununsesi.info

COMMENTS