Güclü zəlzələdən sonra Xorvatiyadan ilk görüntülər - VİDEO

  • By admin
  • 22 Mart 2020 18:33
Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında baş verən zəlzələdən sonra mövcud vəziyyəti özündə əks etdirən videogörüntülər yayımlanıb.
Gununsesiaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində binaların fasadlarının çərçivələri insanların istifadə etdiyi səkinin kənarına düşüb.
Bir çox daş parçaları avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrini yararsız hala salıb.
Görüntülərdən bəlli olur ki, son 140 il ərzində baş verən güclü zəlzələ şəhərə ciddi ziyan vurub.

 

 

Gununsesiaz.info