Güclü külək ölümə səbəb oldu - GORANBOYDA

  • By admin
  • 16 Avqust 2016 12:27

kulek

 

Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bədbəxt hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.