Gözəlliyi və mənzərəsi ilə diqqət çəkən ən bahalı evlər

  • By admin
  • 11 İyul 2019 16:23
Türkiyə mətbuatı dünyada satışa çıxarılan ən bahalı evlərin siyahısını hazırlayıb.

Gununsesi.org dünyanın ən bahalı 13 evini təqdim edir:

13. 99 milyon manat

Floridanın Palma Beach bölgəsində yerləşən villa 10 min hektarlıq ərazidə yerləşir. Əşyaları almaz qaşlarla, qızıllarla bəzədilib. Evin 50 avtomobil yerləşən qarajı var. Evin son sahibi Donalt Trump idi.

12. 102 milyon manat

Üzüm bağlarının içində əsl cənnəti xatırladan ev ABŞ-da yerləşir. Evin 2 hovuzu, 19 qonaq otağı var.

11. 106 milyon manat

Los-Ancelesdə yerləşən villa 15 vanna, 26 yataq otağından ibarətdir. Dünyanın ən qədim şərabları bu evdə saxlanılır. 2014-cü ildə ev satılıb, amma kimin aldığı gizli saxlanılıb.

10. 128 milyon manat

Dünyanın ən varlı adamı Bill qeytsin evi də siyahıda yer alıb. 12 min hektarlıq ərazidə yerləşən ev suyun ətrafında yerləşir.

9. 140 milyon manat

Bu evde Kenedi ailəsi, Monako şahzadəsi, Rihanna kimi məşhurlar qalıb.

8. 146 milyon manat

2 min hektar ərazidə yerləşən evin 10 yataq odası var.

7. 157 milyon manat

Ən məşhur telekanal işçisi Aaron Spelinqin məşhur evi 10 min hektarlıq ərazidə inşa edilib.

6. 173 milyon manat

Bu villada Ledi Qaqa da klip çəkdirib.

5. 205 milyon manat

Rəqs zalı, parti üçün zalı, 13 yataq otağı olan villa Los-Ancelesdə yerləşir.

4. 210 milyon manat

Ev gülləkeçirməz şüşələrlə əhatə olunub. Londonun ən gözəl mənzərəsinə sahibdir.

3. 263 milyon manat

Nyu-Yorkun ən gözəl villası 39 yataq otağından, 5 hovuzdan ibarətdir. Uzun illərdir satışa çıxarılsa da, alan olmayıb.

2. 366 milyon manat

Dünyanın ən möhtəşəm evi gözəl mənzərəsi ilə nağıllar aləmini xatırladır.

1. 726 milyon manat

Dünyanın ən bahalı evi 1902-ci ildə Belçika kralı tərəfindən tikdirilib. 2008-ci ildə 500 milyon dollara alıcı çıxsa da, ev satılmadı.

Gununsesi.org