Gözəlliyi ilə göz qamaşdıran xanım müğənni illər sonra yenidən səhnəyə qayıdır – Fotolar

  • By admin
  • 15 May 2020 10:33

“Azəri Star”da iştirakı ilə tanındıqdan sonra uzun illər ictimaiyyətdən uzaqlaşan müğənni Arzum Xəlilova instaqram hesabını istifadəçilərin ixtiyarına buraxıb. Belə ki, 2012-ci ildə İstanbula köçən və incəsənətlə vidalaşan sənətçi sosial şəbəkədə aktiv olmağa başlayıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, Arzum instaqramdakı hesabını gizlilikdən çıxararaq paylaşımlarını hər kəslə bölüşmək qərarına gəlib. Keçmiş ifaçını izləyənlərin sayı qısa müddət ərzində 17 mini keçib.

Bir zamanlar “Qara-qara”, “Bluetooth”, “Lava” kimi mahnılarla populyarlaşan Arzumun bu qayıdışı sevənləri tərəfindən alqışlanıb.

Arzum isə müğənni kimi fəaliyyətinə qaldığı yerdən davam edəcəyini açıqlayıb: “Karantin bitən kimi fəaliyyətimi davam etdirmək fikrindəyəm. Daha çox instaqram və yutubda aktiv olacam. Həyatımı istədiyim yerə çatdırmışam. Sadəcə arzularımdakı layihələri gerçəkləşdirmək qalıb. Onu da sizin verdiyiniz həvəslə həyata keçirəcəm”.

Qeyd edək ki, sənətçi 2016-cı ildə Türkiyə vətəndaşı ilə ailə qurub, onun bu nikahdan bir qızı var.

 

 

 

 

 

 

Gununsesi.org