Göygöldə piyadanı maşın vurub öldürdü

  • By admin
  • 10 Oktyabr 2019 20:47

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən yaşlı kişini vurub. Xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org